Qeydiyyatsız evlərin sənədləşməsi həyata keçiriləcək

Qeydiyyatsız evlərin sənədləşməsi həyata keçiriləcək

İlkin qiymətləndirilməyə görə, Azərbaycanda 600 mindən artıq sənədsiz ev var

“Modern.az” “Qeydiyyatsız evlərin sənədləşməsi həyata keçiriləcək” sərlövhəli  məqalədə uzun müddət davam edən məlum problemin mövcud durumunu dəyərləndirir.
 
Müəllif bu problem barədə iqtisadçı-ekspert Vüqar Bayramov ilə söhbətləşir.
 
Müəllif deyir ki, ölkədə sənədsiz torpaq sahələri və evlərin dövlət reyestrinə daxil edilməsi uzun illərdir ki, müzakirə obyektidir, həm də xatırladır ki, beş ildən çoxdur ki, dövlət başçısı bununla bağlı tövsiyə və tapşırıqlar verib, amma irəliləyiş yoxdur.
 
Ekspert əlavə edir ki, problemin həlli üçün xüsusi komitə yaradlıb, bu kateqoriya evlərlə bağlı sənədlər burada toplanır və konsepsiya artıq hazırdır.
 
“İlkin qiymətləndirilməyə görə, Azərbaycanda 600 mindən artıq sənədsiz ev var. Onlardan 450 mini Bakı və Bakıətrafı ərazilərdədir. Bütövlükdə, sənədsiz evlərin 70 mini təhlükəli hesab olunan ərazilərdə yerləşir.
 
V.Bayramov neft buruqları, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaza yaxın olan ərazilərin tərkibində yerləşən, kənd təsərrüfatına yararlı torpaq sahələrində inşa edilən evlərin təhlükəli kateqoriyaya aid edildiyini bildirir.
 
Ekspet deyir ki, həmin ərazilər kifayət qədər riskli ərazilər sayılır, həmin ərazilərdə yaşayan vətəndaşların necə köçürülməsi müzakirə məsələsidir.
 
V.Bayramovun deməsinə görə, kənd təsərrüfatı üçün yararlı olan torpaqlarda inşa edilən evlərin sənədləşməsi ilə bağlı kütləvi şəkildə həmin evlər inşa edilirsə, o zaman həmin torpaqların təyinatının dəyişilməsi mümkündür.
 
İqtisadçı vurğulayır ki, 2020-ci il yanvar ayınadək hündürmərtəbəli evlərin sənədləşməsi prosesi başa çatıb və gözlənilir ki, növbəti mərhələdə qeydiyyatsız evlərin sənədləşməsi həyata keçiriləcək
 
Ekspert təklif edir ki, əmlak amnistiyası verilsin və nisbətən aşağı ödənişlə dövlət rüsumu ilə qeydiyyatsız evlərin qeydiyyatı həyata keçirilsin.
 

 

Google+ WhatsApp ok.ru