Qeyri-neft sektorunun kreditləşdirilmə problemi

Qeyri-neft sektorunun kreditləşdirilmə problemi

-- `Fermerlər kreditsiz `yaşaya` bilməyəcəklər`

"Novoye Vremya" qəzetində "Fermerlər kreditsiz "yaşaya" bilməyəcəklər" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif rəsmi mənbələrə istinadən deyir ki, qeyri-neft sahəsində inkişafın kreditləşdirilmə kimi problemi var, bu problem sahənin müsbət meyllərini heçə endirə bilər.
 
"Ölkə regionlarının kreditləşdirilməsi illik müqayisədə 106,1 milyon manat və ya 4,8 faiz azalıb, ölkə üzrə bu il iyunun 1-nə 2,114 milyard manat təşkil edib, ümumi kreditləşdirilmədə regionların payı 17,7%-dir və kredit ödənişinə görə 22,8% olmaqla ən yüksək illik faiz Aran iqtisadi rayonundadır".
 
Yazı müəllifi deyir ki, belə mənzərənin yaranması ilk hadisə deyil və bu geriləmə heç də ölkədə bank böhranı ilə başlamayıb, neft və bank bumunun ən yüksək vaxtlarında regionların kreditləşdirilməsinin yaxşılaşdrılması arzu olaraq qalıb. "İqtisadi və bank böhranı sadəcə kreditləşdirilmə ilə bağlı vəziyyəti bir qədər də çətinləşdirdi. Bu isə qeyri-neft sahəsində yüksək nəticələrə nail olan fermerlərin maliyyə durumlarının yaxşılaşdırılması vəziyyəti üzərindən xətt çəkir. Regionlar və fermerlər kreditsiz "yaşaya" bilməyəcəklər, hətta kreditləşdirilmənin ən cüzi azalması belə onların vəziyyətini pisləşdirir".
 
Müəllifə görə, belə səhnə yaranmasına səbəb bankların ilk növbədə qazanclarını düşünməsinə bağlıdır, ona görə də fermer təsərrüfatlarını yox, iri biznesi maliyyləşdirirlər, odur ki, bankların fermer təsərrüfatlarına kredit verməmələrini aşağı kapitallaşma izah etmələri əsassızdır.
 
Müəllif hesab edir ki, qeyri-neft sahəsində ixrac artımı dövlət büdcəsindən maliyyələşdirilmə hesabına olub, banklar regionların kreditləşdirilməsi kimi vəzifənin öhdəsindən gələ bilmirlər. "Onlar üçün manatın dollara məzənnəsi məsələsində oynamaq və kredit üzrə yüksək faizlərlə möhtəkirlik etmək daha asandır".
 
Müəllif deyir ki, Mərkəzi Bankın müəyyən etdiyi faiz dərəcəsi maliyyələşdirmənin və regionların kreditləşdirilməsinin aşağı səviyyədə olmasına təsir edir, elə bankların çoxu da kreditlər üzrə yüksək faiz dərəcələrinə məhz Mərkəzi Bankın yüksək faiz dərəcəsi qoyması ilə bəraət qazandırırlar.
 
Məqalə müəllifi deyir ki, yüksək faiz dərəcəsi fiziki şəxslərə də yüksək faizlə kredit verilməsi deməkdir, daha sonra isə elə bu talançı yüksək faiz dərəcəsi kreditlərin ödənilməsində problemlərə gətirir və nəticədə problemli kreditlərin həcmi artır: "Bu isə bank sektorunun sağlamlaşdırılmasına mane olur. Əhali tərəfdən banklar cəlbediciliyini və etimadı itirir, kreditləşdirmə portfeli kiçilir, əmanət qoyanlar azalır, kapitallaşma isə pisləşir".(contact.az)

Google+ WhatsApp ok.ru