Qeyri-neft sektorunun problemləri

Qeyri-neft sektorunun problemləri

“Novoye Vremya” qəzetində isə diqqəti “Qeyri-neft ixracı neft ixracını nə zaman üstələyəcək?” sərlövhəli məqalə çəkir.
 
Qəzet yazır ki, ölkənin xarici ticarət dövriyyəsində qeyri-neft sektorunun payı artsa da, vəziyyətin köklü şəkildə dəyişdiyini söyləmək hələ çox tezdir: “Eyni zamanda, xarici ticarət dövriyyəsi göstərir ki, Azərbaycan yenə də əsasən neft-qaz ixracatçısı kimi qalır, ixracın 83%-i neft-qaza bağlıdır. Qalan heç bir ixrac məhsullarının neft və qazla ayaqlaşması mümkün görünmür”.
 
Məqalədə deyilir ki, məsələ təkcə aqroparkların, sənaye parklarının yaradılması ilə yekunlaşa bilməz, rəqabət qabiliyyətli məhsul istehsalı üçün kiçik və orta biznes gücləndirilməlidir, amma bu sahədə durum heç də ürəkaçan deyil.
 
Qəzet bir məqamın da üzərində dayanır, yazır ki, toxuculuq sahəsində əsas problem xammalın 70%-nin idxaldan asılı olmasıdır, gömrük ödənişləri isə nəticə etibarilə yerli məhsulun ölkəyə idxal edilən hazır məhsullarla rəqabət aparmasını çox çətinləşdirir və belə durum təkcə toxuculuq sənayesində deyil.
 
Qəzet yazır ki, qeyri-neft sektorunda yaranan indiki durum “neft bumu” dövründə ölkənin daxili tələbatını ödəyəcək layiqli alternativin yaradılması üçün az iş görülməsinin nəticəsidir: “Bu siyasətin “bəhrə”sini biz indi görürük, təəssüf ki, yerli mal və məhsullar nəinki azdır, həm də çox zaman idxal analoqları ilə rəqabət apara bilmir”. /

Google+ WhatsApp ok.ru