Qeyri-sabit hava sabah gündüzədək davam edəcək

Qeyri-sabit hava sabah gündüzədək davam edəcək

 
Ölkə ərazisində hazırda qeyri-sabit hava şəraiti sentyabrın 25-i gündüzədək davam edəcək.
 
Maide.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 24-dən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış  yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə sulu qar yağıb, Tərtərdə dolu düşüb. Şimal-qərb küləyi əsib, arabir güclənib.
 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-3, Böyük Qafqazda 5-64, Mərkəzi Aran rayonlarında 3-35, Lənkəran-Astara zonasında 8-37, Kiçik Qafqazda 12-23, Qazax-Gəncə zonasında 1-14, Naxçıvan MR-da 1-5 mm təşkil edib.

Departamentdən məlumat verilir ki, ölkə ərazisində hazırda qeyri-sabit hava şəraiti sentyabrın 25-i gündüzədək davam edəcək. /

Google+ WhatsApp ok.ru