Qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcək

Qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcək

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 7-9° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan artıq 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacağı gözlənilir.
 
Xəbərdarlıq
 
Ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcəyi, arabir yağış yağacağın gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

Google+ WhatsApp ok.ru