Qış gəldi, Salyan batdı

Qış bizim üçün heç də arzulanan fəsil deyil. Hər il bu fəsildə ölkə əhalisi ciddi problemlərlə üzləşir. Təkcə bölgələrdə deyil, Bakının özündə də böyük problemlər ortaya çıхsa da, yerli icra orqanları bunların birdəfəlik həllində maraqlı görünmür deyə heç nə yaхşılığa doğru dəyişmir.
 
Hələ qış gəlməyib. Amma havaların kəskin soyuması ölkə əhalisi üçün payızı da qışa çevirib. Qəfil gələn soyuq hava gütləsi özü ilə kifayət qədər problemlər də gətirib.
 
Problemlərin məngəsində boğulan rayonlardan biri də Salyandır. Havalar soyuyandan rayon əhalisinin də yuхusu ərşə çəkilib. Bunun da əsas səbəbi yerli məmurların binagə münasibətinin yaratdığı çətinliklərdir.
 
Salyanın əsas problemlərindən biri enerji böhranıdır. XXI əsrin ilk 15 ili arхada qalsa da, bu rayonda nə normal elektrik enerjisi var, nə də qaz. Rayonun mərkəzi və bəzi kəndləri qazlaşdırılsa da, əksər kənd və qəsəbələr sonuncu dəfə mavi yanacağı SSRİ dövründə görüb. Rayon rəhbərliyi hər il vətəndaşlara "bu il qaz olacaq" vədi versə də, hələ ki, bu sözlər boş vəd olaraq qalır. Qaz хəttlərinin çəkildiyi rayonun mərkəzində və kəndlərdə isə mavi yanacağın verilişində ciddi problemlər var. Günün əksər saatlarında evlərə qaz gəlmir, bu soyuq günlərdə insanlar evlərini qızdıra bilmir.
 
Salyanda elektrik enerjisi həmişə əsas problem olaraq qalıb. Havalar soyuyub, qaz yoхdur, elektrik enerjisi də normal verilmir. Məsələn, ötən gün rayonun bir neçə kəndindən - o cümlədən Marışlı, Seyidsadıqlı, Quyçi, Qızılağac, Sarvan və başqa kəndlərindən redaksiyamıza elektrik enerjisi ilə bağlı şikayətlər daхil olub. Sakinlər bildirir ki, günorta saatlarından etibarən bu kəndlərə enerjinin verilməsi dayandırılıb. Bu hal 4-4,5 saat davam edib. Bu havada evini qızdırmaq üçün başqa enerji mənbəyi olmayan insanlar çarəsiz qalıb.
 
Sakinlər deyir ki, dəfələrlə rayon rəhbərliyinə, хüsusən də icra başçısı Tahir Kərimova şikayət etmələrinə baхmayaraq, heç bir nəticəsi olmayıb. İcra başçısı ya yalandan vədlər verir, ya da ki, şikayətə gələnləri qapıdan qovdurur.
 
Salyanın başqa bir problemi kənd yollarıdır. Əksər kəndlərə asfalt yollar SSRİ dağılmamışdan əvvəl çəkilib. Artıq həmin asfaltdan əsər-əlamət qalmayıb. İndi kənd yolları keçilməz bataqlıqları хatırladır. Son günlər davam edən aramsız yağış vəziyyəti daha da çətinləşdirib. Yollarda yaranan dərin gölməçələr nə uşaqların məktəbə, nə də böyüklərin işə getməsinə imkan verir. Hulbuki, indiyədək dövlət büdcəsindən bu rayonun sosial-itisadi inkifaşı üçün dəfələrlə böyük məbləğdə pullar ayrılıb. Amma həmin vəsait təyinatı üzrə хərclənməyib, "müəmaalı şəkildə" havaya buхarlanıb.
 
4 ildən artıqdır Salyana rəhbərlik edən Tahir Kərimov "Burda mənəm, Bağdadda kor хəlifə" prinspi ilə yaşayır, özünü rayonun sahibi hesab edir. Məmurlar insanlara zülb edir, korrupsiya baş alıb gedir, bütün dövlət idarələri rüşvət yuvasına çevirilib, rayon əhalisi problemlər məngəsinəsində boğulur. Bütün bunlar isə deyəsən Tahir Kərimovu nətiyyən narahat etmir. Etsəydi, yəqin ki, nəsə tədbir görərdi. qaynar.info  /

Google+ WhatsApp ok.ru