QHT-lər haqqında qanuna son dəyişikliklərin hüquqi analizi

Tanınmış hüquqşünas Ələsgər Məmmədlinin elmi-hüquqi arqumentlərlə zəngin olan sayca 23-cü kitabı nəşr edilib. QHT qanunvericiliyinin hüquqi analizini özündə əks etdirən “Birləşmək azadlığı” adlı bu kitabda Azərbaycanın QHT qanunvericiliyinin geniş hüquqi analizi aparılıb.
 
Kitabda son illər dalbadal  ən çox dəyişikliyə məruz qalan qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanunun dəyişiklik tendensiyası göstərilib, xüsusilə2014-cü ildə bu sektora gətirilən məhdudiyyətlərin mahiyyəti, hüquqa, beynəlxalq öhdəliklərə uyğunluğunun  aydın hüquqi izahı yer alıb.
 
Dəyişiklik və əlavələrin böyük əksəriyyətinin məntiqi nəticəsi qanunla müəyyən edilmiş birləşmək azadlığının sərhədlərini daraltmaq, tamamilə bu sektorun fəaliyyətini hökumət nəzarəti altında almaq, müstəqil mənbələrdən maliyyələşərək ictimai sektorda nərarətçı funksiyası həyata keçirən QHT-lərin bəzilərinin fəaliyətini tamamilə dayandırmaq və ya minimuma endirmək olub. 
 
Müəllif dəyişikliklərin hər birinin sıra ilə mahiyyətini açmaqla, hüquqa uyğunluğunu, legitimliyini müzakirəyə təqdim etməkləqanun qoyucunun gerçək məqsədini çox aydın ortaya çıxarıb.
 
Kitab Azərbaycan və ingilis dilində nəşr edilməklə həm ölkə oxucuları, həm də beynəlxalq ictimaiyyət üçün çox faydalı  vəsaitdir.

Google+ WhatsApp ok.ru