Qida yardımına möhtac olan 39 ölkə var

Qida yardımına möhtac olan 39 ölkə var

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qida və Kənd Təsərrüfatı  Təşkilatının (FAO) yeni hesabatında, 39 ölkənin xaricdən qida yardımına möhtac olduğu bildirilir.
 
Maide.Az "dunyabulteni"ə istinadla xəbər verir ki, FAO-dan verilən yazılı hesabatda, təşkilatın dünyadakı qida vəziyyəti ilə əkin sahələrindən gözlənilənləri araşdıran hesabat yaydığı bildirilir.
 
Hesabatda, Afrikada 31, Asiyada 7 və Karayiplər bölgəsində 1 olmaqla cəmi 39 ölkənin xaricdən qida yardımına ehtiyac duyduğu bildirilir. FAO, uzun müddətli qarşıdurmalar, təbii fəlakətlər və didərgin düşmələrin milyonlarla köməksiz insanın qida problemi yaşamasına səbəb olduğunu vurğulayib.
 
Hesabatda bunlar qeyd edilib:
"Əsasən iqlim şəraitiylə bağlı ekstrem hadisələr mülki münaqişələrlə birləşərək Orta Afrika Cümhuriyyəti, Nigeriya, Cənubi Sudan, Suriya və Yəmən kimi ölkələrdəki köməksiz əhalinin qidayla təminatını daha da pisləşdirir. Yəməndə Səudiyyə Ərəbistanın təcavüzü nəticəsində davam edən qarşıdurma üzündən, ötən ildən bu yana 5 faizlik bir artımla təqribən 17.8 milyon insan aclıq təhlükəsi altındadır və təcili humanitar yardıma ehtiyacları var."
 
Orta Afrika Cümhuriyyətində əhalinin 43 faizi, yəni təqribən 2 milyon insanın təcili qida yardımına ehtiyacı olduğu bildirilir. Suriyada təqribən 6.5  milyon insanın aclıq təhlükəsi altında olduğu və digər 4 milyon insanın da bu riski daşıdığı təxmin edilir.

Google+ WhatsApp ok.ru