Qismən səfərbərlik zamanı bu şəxslər çağırıla bilər

Qismən səfərbərlik zamanı bu şəxslər çağırıla bilər

Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  ölkədə qismən səfərbərlik elan edilməsi ilə bağlı brifinq keçirir.
 
"Qafqazinfo"nun verdiyi xəbərə görə, Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib ki, məlum olduğu kimi bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı müvafiq Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edib. 
 
O bildirib ki, səfərbərlik Azərbaycan iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə Silahlı Qüvvələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati ştat strukturuna keçilməsinə dair tədbirlər kompleksidir.
 
“Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq, Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər, əsgərlər matroslar, çavuşlar, gizirlər və mişmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsinsən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunacaqlar.
 
Xidmət Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün imkanlara malikdir.
 
Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırılıb ki, tərəfimizdən zənglər və smslər daxil olduqda dərhal hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlsinlər.
 
Məlumat üçün bildirirəm ki, son günlər böyük sayda  Azərbaycan vətəndaşı könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğurunda döyüşlərdə iştirak etmək üçün Xidmətə müraciət edirlər. Bu hal onu göstərir ki, vətəndaşlarımız elan olunmuş qismən səfərbərlik tədbirində böyük ruh yüksəkliyi ilə iştirak edəcək”.
 

Google+ WhatsApp ok.ru