`Qiymətlərin baha olması Həcc ziyarəti üçün müraciət edənlərin sayına təsir edib”

Artıq bir müddətdir ki, Həcc ziyarətinə sənəd qəbulu həyata keçirilir. Bu il Həccə getmək istəyənlər ya 4700 dollar və ya 5750 dollarından keçməli olcaqlar. Bu il Səudiyyə Ərəbistanı zəvvarları yalnız biometrik pasportlarla  qəbul edəcəyini bildirib.
 
Nardaran ağsaqqalı Hacıağa Nuri Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, Həcc ziyarəti ilə bağlı sənədlərin verilməsi davam edir: “Düşünürəm bir həftəyə nisbətən ucuz qiymətə olan yerlərə sənəd qəbulu bitəcək.  Onu da qeyd edim ki, Həcc səfərinə keçən il müraciət edənlərlə bu il müraciət edənlərin arasında ciddi fərqlər nəzərə çarpır. Ötən il bu vaxtı yerlərin əksəriyyəti dolmuşdu. Bu il qiymətlərin nisbətən baha olması ziyarətə gedənlərin sayında öz təsirini göstərir. İnsanların imkansız olması özünü aşkar şəkildə göstərir”./

Google+ WhatsApp ok.ru