Qiymətə inam, yoxsa, asılılığı azaltmaq?

Qiymətə inam, yoxsa, asılılığı azaltmaq?

"Novoye Vremya" qəzetində isə "Əlverişli qiymətlərdən danışmağın yeri varmı?" sərlövhəli məqalə diqqəti çəkir.
 
Müəllif Venesuelada baş verən hadisələr fonunda dünya neft bazarında qiymətlərin dayanıqlı olmamasını və neft ölkəsi kimi Azərbaycana bunun mümkün təsirlərini müzakirə müstəvsinə gətirir.
 
Məqalə müəllifi Azərbaycanın bəzi rəsmilərinin dünya bazaında neftin qiymətinin 60-70 dollar olmasını əlverişli saymasını məqbul hesab etməyərək əsas xəttin iqtisadiyyatın neft amilindən asılılığını minimuma endirməyi önə çəkir.
 
Daha sonra müəllif Avropa Komissiyasının açıqlamalarına istinadən qarşıdakı illərdə neftin qiymətinin dünya bazarında enəcyini vurğulayaraq bu amili indidən nəzərə almağa çağırır.
 
"İndi neftin əlverişli qiymətdə olub-olmaması yox, iqtisadiyyatı "neft sürprizləri"ndən qorumaq düşüncəsi əsas olmalıdır. Qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi bunun mübahisə doğurmayan tərəfidir və ümumiyyətlə, indi belə şəraitdə əlverişli qiymətdən danışmağın yeri deyil", müəllif neftin qiymətlərini əsas amil kimi görməyi rədd edir.
 
Müəllifin deməsinə görə, OPEC-in neft hasilatını azaltması qərarı belə neftin qiymətinin sabit qalmasında və ya nisbətən bahalaşmasında əsas rola malik deyil, burada başqa amillərin də rolu var.
 
Müəllif həm də vurğulayır ki, bu bazara ayrı-ayrı dövlətlərin öz təsir mexanizmləri var və bu mexanizm önündə hər hansı qərarın davam gətirməsi inandırıcı deyil./contact.az/
 

Google+ WhatsApp ok.ru