Qiymətlər qalxacaq-iddia

Qiymətlər qalxacaq-iddia

"Yeni Sabah.az"da isə "Qiymətlər qalxacaq - ekspertdən bahalaşma xəbərdarlığı"sərlövhəli məqalə oxumaq olar.

Müəllif bazarda qiymət bahalaşmasının mümkünlüyü və bunun səbəbləri barədə iqtisadçı-ekspert Akif Nəsirli ilə söhbətləşir.

Müəllif deyir ki, bir neçə gün öncə yumurtanın qiymətinin qalxması müzakirələrə səbəb olub, bütünlükdə isə payız aylarından digər sahələrdə də qiymət artımının baş verəcəyi proqnozlaşdırılırdı.

Müəllif bu bahalaşmaya sentyabr ayından bəzi sahələrdə çalışanların maaşı və pensiyalarındakı artımın təsir edəcəyini göstərir.

İqtisadçı-ekspert Akif Nəsirli ilə "Yeni Sabah"a deyib ki, çoxlu pul kütləsinin bazara daxil olması qiymət artımına gətirib çıxaracaq: "Qiymətlərin qalxması təkcə xərclərlə bağlı deyil. Maliyyə sferasına əlavə daxil olacaq pul kütləsinin təzyiqləri nəticəsində qiymət artımlarını hiss edəcəyik.

Artıq sentyabr ayında minimum əməkhaqqının artması il bağlı həmin pul kütləsinin bir hissəsi daxil olub. Amma qarşıdakı aylardan etibarən minimum əmək pensiyanın təxminən 15-30 faiz qalxması ticarət dövriyyəsini stimullaşdıracaq. Azərbaycanda rəqabət mühiti olmadığından ticarət dövriyyəsinin artması qiymət bahalaşmasına təsir göstərəcək".

Akif Nəsirli qiymət artımının qarşısını almağın yolları barədə hansı tədbirlərin görülməsini hökümətin planlaşdırmalı olduğunu söyləyir: "Hesab edirəm ki, inzibati təzyiqlər vasitəsilə bunu cilovlamağa çalışacaqlar. Amma bunu həyata keçirmək iqtisadiyyatın prinsiplərinə zidddir və həyata keçirmək çox çətindir".

İqtisadçı vurğulayır ki, yəni bu qədər satıcı var, bunların hamısına eyni zamanda nəzarət etmək mümkün deyil.

A.Nəsirli hesab edir ki, ölkədə rəqabət mühitinin yaradılması, məhsul bolluğu üçün müəyyən proqramların həyata keçirilməsi amilləri bazar iqtisadiyyatında qiyməti cilovlayan ən çevik vasitədir.

Ekspertə görə, əgər bazarda rəqabət mühiti olsaydı, sahibkar yumurtanın qiymətini 5 faiz artırmağa tərəddüd edəcəkdi.

İqtisadçı hesab edir ki, bu halda sahibkar bazarda rəqibinə uduzardı, amma Azərbaycanda əksinədir, elə əksinə olmasının nəticəsidir ki, istehsalçı yumurtanın qiymətini 5 faiz artırırsa, bazarda 10 faiz bahalaşma ilə satırlar, səbəb də budur ki, onun rəqib qorxusu yoxdur.

Google+ WhatsApp ok.ru