İqlim dəyişikliyi hacıların sağlamlığını təhdid edir

Aparılan yeni bir araşdırmanın nəticələri göstərir ki, iqlim dəyişiklikləri Həcc əməllərinin yerinə yetirilməsi vaxtı fəlakətli nəticələrə səbəb olacaq və zəvvarların sağlamlığını təhdid edir.
 
Maide.az xəbər verir ki, Amerikanın “CNN” telekanalı yeni bir araşdırmanın nəticələrini açıqlayaraq bildirib: Bu araşdırma onu göstərir ki, regionda baş verən kəskin iqlim dəyişiklikləri müsəlmanların dini ayınlərini, xüsusən də Həcc əməllərinin yerinə yetirilməsi üçün dəhşətli nəticələrlə yadda qalacaq- belə ki, Ərəbistanda Həcc mərasimində iştirak etmək təhlükəli təcrübəyə dönə bilər.
 
Araşdırmaya əsasən, kəskin iqlim dəyişiklikləri xüsusən Ərəfə dağına çıxan zaman Həcc ayinlərini xeyli çətinləşdirir və isti yay fəslində ora toplaşan yaşlı hacıların sağlamlığını təhlükəyə məruz qoyur.
 
Araşdırmanın davamında deyilir: İqlim dəyişiklikləri Orta Şərqdə havanın hərarətinin yüksəlməsinə səbəb ola bilər- belə ki, bu bölgədə yaşamağı mümkünsüz edir./

Google+ WhatsApp ok.ru