İqlim fəlakətlərinin yaxınlaşdığı proqnozlaşdırılır

İqlim fəlakətlərinin yaxınlaşdığı proqnozlaşdırılır

Beynəlxalq alimlər qrupu qlobal iqlim dəyişikliyinin yer üzündə ekstremal hava şəraitinin başlamasına səbəb olan “El-Nino” fazasının daha tez-tez meydana gəlməsinə səbəb olduğunu təsbit edib.  

Maide.Az "Deyerler.org"a istinadən verdiyi xəbərə görə, tədqiqatçılar 1901 ilə 2017-ci illər arasında baş verən 33 “El-Nino” hadisəsini araşdırmışdır. Məlum olmuşdur ki, 1970-ci illərin sonlarından etibarən “El-Nino”nun göründüyü və intensivlik zirvəsi olan ərazilər havanın daha isti olduğu qərbə minlərlə kilometr hərəkət edib. Nəticədə son dərəcə güclü “El-Nino”nun olma ehtimalı artmışdır. İqlim dəyişikliyinə görə, Sakit okeanın qərb tropik və mərkəzi hissəsindəki sular qeyri-bərabər istiləşir. Bu, əsasən sərindən isti sulara əsən küləklərə təsir göstərir.  

1978-ci ildən başlayaraq 11 “El-Nino”, qlobal temperaturu rekord səviyyəyə qaldıran üç super “El-Nino” daxil olmaqla, Sakit okeanın mərkəzi və ya qərbində meydana gəlmişdir. 1982, 1998 və 2015-2016-cı illərdə baş verən super “El-Nino”, ətrafdakı ekosistemlərə, o cümlədən mərcan qayalarının məhvinə səbəb ola bilər. Onlar Afrika və Asiyada güclü daşqınlara və dünyanın digər yerlərində quraqlığa səbəb olur.

Google+ WhatsApp ok.ru