Qlobal borc balonu partladı

Qlobal borc balonu partladı

Beynəlxalq Maliyyə İnsitutunun (İİF) “Qlobal Borc Monitoru” adlı hesabatını açıqladı.
 
Bu hesabata görə, 2020-ci ilin 3 rübü ərzində dünyada borclanmanın həcmi 15 trilyon dollar artaraq 272 trilyon dolları keçmişdir. Qlobal səviyyədə borc səviyyəsi dünya ÜDM-nin 363%-i təşkil etmişdir. Bu o deməkdir ki, qlobal səviyyədə borc balonu partladı. Həmin hesabatda inkişaf etməkdə olan ölkələrin borcunun 76 trilyon dollar ötməsi qeyd olunur. IIF özünün hesabatında Hindistan, Çin, Cənubi Afrika, Brazilya və Türkiyə kimi İEOÖ ölkələrlə bağlı xüsusi narahatedici məqamları təhlil edib.
 
Bu sırada Çinin borcunun ÜDM-i 3 dəfə üstələməsini xüsusi narahatlıqla ifadə olunub. Avrozonada toplam borcların 1,5 trilyon dollar artaraq 53 trilyon dolları ötmüşdür. / turan/ 
 

Google+ WhatsApp ok.ru