Qlobal hərbi xərclər 2019-cu ildə 1.9 trilyon dollara yüksəlib

Qlobal hərbi xərclər 2019-cu ildə 1.9 trilyon dollara yüksəlib

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal hərbi xərclər hesabatına görə, 2019-cu ildə qlobal hərbi xərclər əvvəlki ilə nisbətən 3,6 faiz artaraq 1,9 trilyon dollara çatıb.
 
Maide.Az xəbər verir ki, hesabatda 2019-cu il üçün hesablanan rəqəm, 2010-cu ildən bəri hərbi xərclərin ən böyük artımını göstərir.
 
SIPRI-nin tədqiqatçısı Nan Tian 2010-cu ildəki qlobal hərbi xərclər məlumatları ilə müqayisədə, 2019-cu ildə artımın 7,2 faiz olduğunu, bunun 2008-ci ildəki qlobal iqtisadi böhrandan bəri hərbi xərclərin ən yüksək səviyyədə olduğunu göstərir.
 
Hərbi xərclərin 62 faizi beş ölkəyə aiddir
 
Hesabata görə, keçən il qlobal hərbi xərclərin 62 faizi ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən edilib.
 
ABŞ-ın xərcləri 2019-cu ildə 732 milyard dollar olub ki, bu da illik müqayisədə 5.3 faiz çoxdur. Digər tərəfdən, ABŞ-ın hərbi xərcləri 2010 ilə 2019 arasında 15 faiz azalıb.
 
SIPRI-də tədqiqatçı Pieter D.Uezeman verdiyi açıqlamada 2018-2019-cu illərdə ABŞ-ın xərclərinin artmasının böyük dövlətlər arasında rəqabətin göstəricisi olduğunu söyləyib.
 
ABŞ-dan sonra Çinin xərcləri 2010 ilə 2019-cu il arasında 85 faiz artaraq 261 milyard dollara çatıb. Eyni dövrdə Hindistanın xərcləri 37 faiz artaraq 71.1 milyard dollara çatıb.
 
SIPRI tədqiqatçısı Saymon Uezeman Hindistanın Pakistan və Çin ilə münasibətlərindəki gərginliyi və aralarındakı rəqabəti hərbi xərclərin artmasının əsas səbəblərindən biri kimi qiymətləndirb.
 
Çin və Hindistanla yanaşı, 47.6 milyard dollarla Yaponiya, 43.9 milyar dollarla isə Cənubi Koreya Asiya və Okeaniyada ən çox hərbi xərcləri olan ölkələr sırasındadır. 
 
Almaniya ilk 15-də hərbi xərclərin ən çox artdığı ölkədir
 
SIPRI hesabatına görə, Almaniyanın hərbi xərcləri illik müqayisədə 10 faiz artaraq 2019-cu ildə 49,3 milyard dollara çatıb. Almaniya 2018-2019 dövründə 15 ölkə arasında ən çox hərbi xərcləri artıran ölkə olaraq qeyd edilir. Almaniya reytinqdə iki pillə irəliləyərək 50,1 milyard dollarla 6-cı yerdə olan Fransadan sonra yeddinci yeri tutub.
 
İnstitutda tədqiqatçı Dieqo Lopes da Silva Almaniyanın hərbi xərclərinin artmasının qismən Rusiyadan gələ biləcək təhdidlə izah edib və bu qavrayışın bir çox NATO ölkələrinə də sirayət etdiyini söyləyib.
 
Rusiya dünyada xərc çəkənlər arasında 4-cü yeri tutub
 
Rusiya hərbi xərclərini əvvəlki ilə nisbətən 2019-cu ildə 4,5 faiz artıraraq 65.1 milyard dollara çatdıraraq ən yüksək hərbi xərcləri olan 4-cü ölkə olub.
 
Digər tərəfdən, Səudiyyə Ərəbistanının hərbi xərcləri 16 faiz azalaraq 61,9 milyard dollara düşüb.
 
SIPRI 1966-cı ildə qurulduğu gündən bəri münaqişə, silahlanma, silah nəzarəti və tərksilah kimi sahələrdə araşdırma, hesabat və təhlil hazırlayır.

Google+ WhatsApp ok.ru