Qlobal istiləşmə dünya iqtisadiyyatına 1,5  trilyon funt sterlinq ziyan vuracaq

Qlobal istiləşmə dünya iqtisadiyyatına 1,5 trilyon funt sterlinq ziyan vuracaq

Yeni hesabata əsasən, yer kürəsində qlobal istiləşmə 2030-cu ilədək dünya iqtisadiyyatına ildə 1,5 trilyon funt sterlinq ziyan vuracaq.
 
Maide.Az xəbər verir ki, Malayziyanın Kuala Lumpur  şəhərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının konfransında açıqlanan  yeni hesabatda bildirilir  ki, yaxın bir neçə il ərzində havalar elə istiləşəcək ki, bir çox işlərin görülməsi mümkinsiz olacaq və bu baxımdan  dünyada işin səmərəlik effekti aşağı düşəcək. 
 
Hesabata görə, gələn 14 il ərzində Hindistan istiləşməyə görə, ildə 340 milyard funt sterlinq  ziyan görəcək. Çin, İndoneziya, Malayziya və Taylandda istiləşməyə görə, ziyan görəcək ölkələr sırasındadırlar. 
 
Hesabatda həmçinin istiləşmə nəticəsində  sel və daşqınlar yaradacaq yağışlarında artması və yaradacağı təhlükələr haqqında xəbərdarlıq edilir.  Bildirlir ki, güclü yağışlar  sürünənləri yaşadıqları yerdən qaçmasına, suların çirklənməsinə,  müxtəlif növ xəstəliklərin yayılmasına,  sürüşmələrin və quraqlılqarın baş verməsinə səbəb ola bilər.
 
Qeyd edək ki, Dünya Bankının məlumatına görə,  iqlim dəyişiklikləri nəticəsində 1 milyard  300 milyon nəfər  təhlükə ilə üz-üzədir. 
 

Google+ WhatsApp ok.ru