QMİ-də təkmilləşdirmə kurslarında növbəti buraxılış olub

Dekabrın 18-də Qafqaz Müsəlmanları İdarəsində din xadimləri üçün təşkil edilən Təkmilləşdirmə Kurslarının növbəti buraxılışı olub.
İdarədən verilən məlumata görə, bu münasibətlə keçirilən tədbiri açan QMİ sədrinin müavini  Hacı Salman Musayev və Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli müdavimləri təbrik edib.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə salamlarını mərasim iştirakçılarına çatdıran Hacı Sabir Həsənli Təkmilləşdirmə Kurslarının əhəmiyyətini vurğulayıb, bu layihənin davamlı həyata keçməsinə dəstək verən ölkə başçısı İlham Əliyevə dindarlarımız adınadan minnətdarlığını bildirib. 
 
Hacı Salman Musayev Azərbaycanda din-dövlət münasibətləri, bu sahədə son illər görülən işlər və din xadimləri qarşısında duran vəzifələr barədə ətraflı danışıb, müdavimlərə tapşırıqlarını verib.
Müdavimlər adından çıxış edən Hacı Balakişi Rəhimov yaradılan şəraitə görə dövlət başçısına və Şeyxülislama minnətdarlığını bildirib. 
 
Tədbirin sonunda Təkmilləşdirmə Kurslarını uğurla bitirən müdavimlərə sertifikatlar təqdim olunub, Qurani-Kərim hədiyyə edilib. islamazeri/
 
 

 

Google+ WhatsApp ok.ru