Qışın ilk gününün proqnozu açıqlanıb

Qışın ilk gününün proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 7-9° isti olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 5-10 şaxta, gündüz 2dərəcə şaxtadan 3 dərəcə isti təşkil edəcək.
 
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 22-23-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 23-də gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.
 

Google+ WhatsApp ok.ru