Qobuda qaz problemi yoluna qoyulub

Qobuda qaz problemi yoluna qoyulub

-- Bu gün,qəsəbənin bir qrup yaşlı sakini qazla bağlı problemin səbəbini öyrənmək məqsədilə Abşeron Rayon Qaz İstismar İdarəsinə..

«Şənbə günü sakinlərin narazılığından sonra qəsəbəyə qaz verilib. Hələ ki, qaz gəlir».
 
Bunu Qobu qəsəbə sakinləri bildiriblər. Sakinlərin deməsinə görə, indi qazın təzyiqi də yetərli dərəcədədir. Həm yemək bişirə bilirlər, həm də evləri lazımı səviyyədə isidə bilirlər.
 
«Deməli bunu etmək olar. Niyə bu qazı əhaliyə vermək üçün hökmən sakinləri aksiya keçirməyə vadar edirlər. Bizim məqsədimiz aksiya keçirmək yox, evlərimizi isitməkdir. Evimiz qızınsa, niyə aksiya keçirməliyik?», - deyə sakinlərdən biri vurğulayıb.
 
Amma bəzi sakinlər hələ də qazın davamlı veriləcəyinə şübhə edir.
 
«Dəfələrlə olub ki, müəyyən müddət qaz veriblər. Sonra düşünüblər ki, əhali sakitləşdi, qazı yenə də kəsiblər. Odur ki, qazın davamlı veriləcəyinə hələ də inana bilmirik», - bir başqa sakin deyib.
 
Verilən məlumata görə, bu gün, noyabrın 27-də qəsəbənin bir qrup yaşlı sakini qazla bağlı yaranan problemin səbəblərini öyrənmək məqsədilə Abşeron Rayon Qaz İstismar İdarəsinə getməlidir.
 
Qeyd edək ki, noyabrın 25-i səhər saatlarında Bakının Qobu qəsəbəsinin sakinlərinin bu yaşayış məntəqəsinə qaz verilməsinin tez-tez dayandırılmasına etiraz olaraq aksiya keçirdikləri bildirilirdi. Sakinlər deyirdilər ki, qəsəbəyə həftələrdir qaz fasilələrlə verilir.
 
«Gündüz bir-iki saat qaz verilir, axşam oldumu, ya soyuqlar düşdümü qaz kəsilir, təzyiq olmur. Yemək bişirməyə belə yetmir. Bununla bağlı hara, kimə müraciət ediriksə, cavab verən yoxdur. Bizə izah etmirlər ki, bu problemin səbəbi nədir? 20 mindən çox əhalisi olan qəsəbə qaz istehsalçısı olan ölkədə qaz problemi yaşayır», - deyə onlar bildirirdilər.
 
Məsələ ilə bağlı hələlik Abşeron Rayon İcra Hakimiyyəti və qaz istismar idarəsinin mövqeyini öyrənmək mümkün olmayıb.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru