Qobuda ağır qəza- 2 ölü, 5 yaralı

Qobuda ağır qəza- 2 ölü, 5 yaralı

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Hökməli qəsəbə sakini K.İbadovun idarə etdiyi “VAZ-21099” və Bakı şəhər sakini Elxan Sadıqovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.
 
Nəticədə E.Sadıqov və K.İbadovun sərnişini - anası Şahzadə hadisə yerində ölüb, E.Sadıqovun 4 sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdirilib. 
 
Abşeron RPİ tərəfindən araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru