Qobustanda güclü sel yolları dağıdıb, şəxsi təsərrüfatlara ziyan vurub - FOTO

Qobustanda güclü sel yolları dağıdıb, şəxsi təsərrüfatlara ziyan vurub - FOTO

Qobustan rayonunun Poladlı kəndində yağan güclü yağışdan sonra dağlardan gələn sel suları sakinlərə böyük ziyan vurub.
 
APA-nın yerli bürosunun xəbərinə görə, iyulun 11-də axşam saatlarında kəndə gələn güclü sel nəticəsində 20-dən çox fərdi yaşayış evini su basıb, ev quşları tələf olub, kəndin daxili yolları dağılaraq bərbad vəziyyətə düşüb, daxili küçələri qalın lil qatı örtüb.
 
Sel suları Pirsaat çayı üzərindəki kiçik körpünü dağıdıb, böyük körpünün bir dirəyini uçurub, kənd icra nümayəndəsinin müavininə məxsus "QAZ 3110" markalı minik avtomobili su altında qalıb.
 
Təbii fəlakət zamanı kəndin qaz xətti sıradan çıxıb, elektrik və rabitə dirəkləri, meyvə ağacları aşıb, naqillər qırılıb.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru