Qolları bağlı şəkildə diri-diri basdırılmış 175 dalğıcın cəsədləri aşkarlanıb

İraq-İran müharibəsi zamanı Səddam rejimi tərəfindən qolları bağlı şəkildə diri-diri basdırılmış 175 dalğıcın cəsədi aşkarlanıb. 
 
İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin komandanı deyib ki, İraqdan İrana daxil olmuş 175 şəhid "Kərbəla-4" əməliyyatının dalğıclarına aiddir və onlar diri-diri basdırılıblar.
 
Maide.az xəbər verir ki, general Məhəmməd Bağırzadə Şələmçin sözlərinə görə, bu şəhidlərin pak cəsədlərinin bəzisi aşkar edilib və onların üzərində heç bir yara və zədə yoxdur: "Biz başa düşdük ki, onlar diri-diri basdırılıblar və bu gün həmin cinayətlər təkfirçilər tərəfindən müsəlman ölkələrində törədilir. Şəhidlərin dəfn mərasimi iyunun 16-da Tehran ostanında keçiriləcək. Mövcud statistikalara əsasən, indiyədək 45 mindən çox şəhid aşkarlanıb, tanınıb və ailəsinə təhvil verilib və İraq ərazisində təqribən altı min digər şəhidin axtarış işi həyata keçirilməlidir."
 
Əbu Flusda törədilmiş cinayətlər Səddamın BƏƏS rejiminin rəftarının təkcə bir nümunəsidir ki, "Müqəddəs Müdafiə" illərində baş verib və region xalqlarına gizli deyil. Bu hadisələrə nəzər salmaq əslində Amerika, BƏƏS Partiyası, Ərəbistan və digər mürtəce ölkələrin cinayətlərini və müharibə illərində onların BƏƏS rejimini, Səddamı dəstəklədiklərini region xalqlarına xatırladır.Bu gün həmin cinayətlər İŞİD və Ərəbistan, eləcə də onların böyük müttəfiqləri Amerika və sionist rejim tərəfindən İraq, Suriya və Yəməndə törədilir.

Google+ WhatsApp ok.ru