Qonaq – ilahi hədiyyə

Qonaq – ilahi hədiyyə

İslam Peyğəmbəri (s) buyurmuşdur:

                                 إِذَا اَرَادَ اللهُ بِقَوْمٍ خَيْرًا اَهْدَيٰ اِلَيْهِمْ هَدِيَّةً. قَالُوا: وَ مَا تِلْكَ الْهَدِيَّة؟ قَالَ: الضَّيْفُ                                

“Allah hansısa bir qövmün xeyir və səadətini istədiyi zaman onlara hədiyyə verər. “ Peyğəmbərdən (s)“Həmin hədiyyə nədir?” – deyə soruşduqda buyurdu: “Qonaq.” (“Biharul-ənvar”, c.72, səh.461.)

Qonaq Allahın olduqca əziz və dəyərli bir hədiyyəsidir. Bir qayda olaraq, “qonaq” məfhumuna maddi dünyamızda o qədər də əhəmiyyət verilmir və o, insanın zəhmət və əziyyətinə səbəb olan biri kimi tanınır. Həmin səbəbdən, insanların bir-birini qarşılıqlı olaraq qonaq dəvət etməsi və qonaq getməsi halları hazırkı dövrdə çox az və nadir müşahidə edilir. Digər tərəfdən, maddi, ticari və siyasi əlaqələr zəminində təşkil edilən qonaqlıqların istisna xarakteri daşıdığını da nəzərdən qaçırmamaq lazımdır.

İslami ölkələr, xüsusən də, islami dəyərlərə önəm verən ailələrin nəzərində qonaq (onunla qohumluq əlaqələri olmasa belə) həddən artıq ehtirama layiq və Allah tərəfindən göndərilən hədiyyə hesab olunur. Hədislərdə də gələn qonağın insanın günahlarının bağışlanması üçün vəsilə və xeyir-bərəkət mənşəyi olduğu qeyd edilmişdir.

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru