Qonşu ölkədə İsraildən gətirilən xəstəliyə yoluxmuş kartof aşkarlandı

İsraildən gələn kartofda insan sağlamlığı üçün ciddi təhlükə törədə biləcək xəstəlik aşkarlanıb.
 
İsraildən Rusiyaya keçirilmək istəyən xəstəliyə yoluxmuş kartof aşkarlanıb.
 
Rusiya mediasının məlumatına görə, Rusiya kənd təsərrüfatına nəzarət qurumunun əməkdaşları, İsraildən gələn və fitosanitar tələblərə uyğun gəlməyən iri kartof partiyasının ölkəyə daxil olmasının qarşısını alıblar.
 
İdarədən verilən məlumata əsasən, İsrail tərəfi Rusiyaya “Novorossiysk” dəniz limanı vasitəsilə ilə 27,3 tona kartof daxil etmək istəyib. Lakin İsrail bu istəyinə nail ola bilməyib.
 
Belə ki, inspektorlar İsrail məhsulunda, Rusiyada karantin salınmışlar siyahısında olan “kartof güvəsi” aşkarlayıblar.
Kartof güvəsi, bir çox kənd təsərrüfatı bitkilərinə iri ziyanlar vurur. (islamazeri.az)

Google+ WhatsApp ok.ru