Qonşu ölkələrdə dabağ xəstəliyi geniş yayılıb, bəs Azərbaycanda ? – Rəsmi açıqlama

"Azərbaycanda  dabağ xəstəliyi ilə bağlı  heç bir təhlükə yoxdur və hər şey nəzarət altındadır"  

Bu sözləri Maide.Az-a Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətin rəisi Azər Süleymanov deyib. 
A.Süleymanov Azərbaycanda da bu xəstəliklə güclü mübarizə apardıqlarını vurğuladı:  “Biz  qonşu ölkələrlə bahəm, ölkə daxilində də  xəstəliklərə qarşı mütamadi yoxlamalar aparırıq.  Ölkə ərazisində isə dabağ xəstəliyi mövcud deyil.
 
 Qeyd edək ki,  İran KİV-lərinin məlumatına görə, İran İslam Respublikasında dabağ  xəstəliyi getdikcə  geniş formada yayılıb. Rəsmi məlumatlara əsasən, 400  başdan çox  mal-  qara  tələf olub.  Şərqi Azərbaycan  və  Qərbi Azərbaycan əyalətlərində  bir neçə bölgədə  karantin  qoyulub. 
 
 A.Süleymanov  İranda  geniş yayılan bu xəstəliyə də münasibət bildirib və deyib ki, artıq neçə ildir ki, biz İran İslam Respublikasından gətirilən mal-qaraya qadağa qoymuşuq.  “Sərhədlərdə ciddi nəzarət mövcuddur. Tərəfimizdən ayrılan həkimlərə xüsusi tapşırıq verilib. Bu barədə heç bir narahatçılıq ola bilməz".

Google+ WhatsApp ok.ru