Qorbaçov: ABŞ dünyanın əsas virusudur

ABŞ-ı dünyanın əsas virusu adlandıran Sovetlər İttifaqının son lideri Mixail Qorbaçov Rusiya və ABŞ arasında "soyuq müharibə"nin olmadığına bildirib.
 
Maide.az-ın məlumatına görə, ABŞ prezidenti Barak Obamanın BMT Baş Məclisində etdiyi çıxışında Rusiyanı dünyanın əhəmiyyətli təhdidlərindən biri kimi göstərməsini sərt şəkildə tənqid edən Qorbaçov, "bizim bir dənə əsas virusumuz var. O da ABŞ və ehtiraslı idarəçiləridir. Ebola deyil", - söyləyib.
 
"Bu siyasi dialoq deyil, söyüş meydanıdır. Onlar incitmək və provokasiya etmək istəyirlər. Onların əsas düşüncəsi budur ki, Avropada qarşıdurma davam etsin. Bu yolla ABŞ yeganə hegemon ola biləcək. Ukrayna və digər mövzular yalnız bəhanədir", - deyə Qorbaçov bildirib.
 
Mövcud şərtlərdə Rusiya və ABŞ arasında davam edən gərginliyin "soyuq müharibə" olmadığını deyən Qorbaçov, "əlaqələrin pisləşməyə doğru getməsinə baxmayaraq, bu, "soyuq müharibə" deyil. Ancaq bunun göstəriciləri var. Bizim "soyuq müharibə"yə ehtiyacımız yoxdur. Bunlar keçən on illərdə oldu. Vətəndaşlarımız üçün çox çətin dövrlər idi", - söyləyib.
 
Bu çətin dövrdə Rusiya hökumətinin doğru mövqe göstərəcəyinə ümid edən Qorbaçov, "biz ağılımızı və düzgün nəticə çıxarmağı itirmək istəmirik. Biz güclü ölkəyik. Bizi dəstəkləyənlər var və biz də bəzi şeylər söyləyə bilərik" vurğusu edib.

Google+ WhatsApp ok.ru