`Qorotdel`də gecə həyəcanı

Ötən gecə Bakı polisində həyəcan siqnalı verilib. Saat 5.30 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin bütün əməkdaşları idarəyə çağırılıblar. Bu haqda məlumatı aznews.az-a polis əməkdaşlarından biri verib. Məqsəd isə polislərin hazırlıq səviyyələrinin yoxlanılması olub. Mənbə bildirib ki, hazırlıq səviyyəsi şəxsən Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tərəfindən yoxlanılıb. 
Qeyd edək ki, Mirqafar Seyidov BŞBPİ-yə rəis təyin olunandan sonra nəzarətində olan ayrı-ayrı idarələrdə dəfələrlə belə yoxlamalar keçirib.

Google+ WhatsApp ok.ru