Qorxu filmlərinin unudulmaz rejissoru öldü

Məşhur rejissor Ves Kraven dünyasını dəyişib.
Maide.az xəbər verir ki, “Elm küçəsində Kabus” və “Qışqırıq” kimi bir çox klassikləşmiş məşhur qorxu filmlərini çəkən Ve Kraven 76 yaşında Los Ancelesdə evində ölüb.
Bir müddətdir beyin xərçəngi xəstəliyindən əziyyət çəkən Kraven,
Craven, bir süredir beyin kanseriyle mücadele ediyordu, xəstəliyə daha çox tab gətirə bilməyib.
Məlumat üçün bildirək ki, karyerasına 1972-ci ildə “Soldaki Son Ev” (The Last House on the Left) adlı qorxu filmiylə başlayan Kraven, 1984-cü ildə yayımlanan “Elm küçəsində kabus” (A Nightmare on Elm Street) filmiylə beynəlxalq məkanda məşhurluq qazanıb.
Əfsanəvi qorxu film aktyoru Freddi Kruqeri kino dünyasına qazandıran Kraven, qorxu filminin “slasher” alt növünün gəlmiş-keçmiş ən böyük ustalarından biri qəbul edilir.

Google+ WhatsApp ok.ru