Qoyunlar heç də `qoyun` deyilmiş

Qoyunlar heç də `qoyun` deyilmiş

-- Qoyunlar da itlər və meymunlar kimi öncədən tanıdıqları insanları görən zaman tanıyırlar

Bugünədək zehinsiz, beyinsiz olaraq tanıdığımız heyvan olan qoyunlar heç də düşündüyümüz kimi deyilmiş.
 
Maide.Az Sputnik Azərbaycan -a istinadən xəbər verir ki, Britaniyanın Kembric Universitetinin əməkdaşları bu ev heyvanları üzərində maraqlı araşdırma aparıblar.
 
Araşdırma göstərib ki, qoyunlar məşhur insanların fotoşəkillərini tanıyır, hətta fərqləndirə bilir.
 
 
 
 
Şəkilləri doğru tapdıqları zaman yemlə mükafatlandırılan qoyunlar, keçmiş ABŞ prezidenti Barak Obama, BBC-nin məşhur aparıcısı Fiona Bryus və tanınmış aktrisa Emma Vatsonun şəkillərini ilk baxışda tanıyıblar.
 
 
Hətta qoyunlar sözügedən məşhurları fərqli şəkillərdən də tanıya biliblər.
 
Qoyunlar da itlər, meymunlar və digər ev heyvanları kimi öncədən tanıdıqları insanları görən zaman tanıyırlar. Lakin, bu fakt idiyə qədər çox az bilinirdi.
 

 

Google+ WhatsApp ok.ru