Qoz-fındıq ürəyə xeyirdir

Qoz-fındıq ürəyə xeyirdir

-- 61 min adam sınağa çəkilib

Qoz-fındıq ürək-damar xəstəliyi, habelə ürəyin ritm pozuntusu riskini azaldır.
 
Maide.Az "novator.az"-a istinadla xəbər verir ki, bir qrup isveçli alimin tədqiqatı belə nəticə ortaya çıxarıb. Tədqiqatın yekunları “Heart” jurnalında dərc olunub.
 
Alimlərin tədqiqatında 45-83 yaş arası 61 min isveçli iştirak edib. İştirakçılar qida rasionları haqda məlumat veriblər, sonra 17 il ərzində könüllülərin ürək-damar sisteminin vəziyyəti izlənib. İnsan tədqiqat illəri ərzində ölübsə, alimlər ölüm səbəbini müəyyən ediblər.
 
Müşahidə zamanı 4 min 983 ürək tutması halı qeydə alınıb, onların 917-si ölümlə nəticələnib.
 
3 min 160 insanda ürək çatışmazlığı, 7 min 550 adamın ürəyində ritm pozuntusu, 972 insanda aorta klapanının sıxılması, 983 nəfərdə damar genişlənməsi, 3 min 782 nəfərdə beyinin işemik insultu və 543 adamda beyinə qansızma halı qeydə alınıb.
 
Müşahidə göstərib ki, qoz-fındıq qəbulu ürək tutması, çatışmazlığı, ritm pozuntusu və damar genişlənməsi riskini azaldır.
 
Nəticələr cinsdən və yaşdan asılı olaraq dəyişsə də, mütəxəssislər bildirirlər ki, ayda orta hesabla 1-3 porsiya qoz-fındıq yemək ürək ritminin pozuntusu riskini 3 faiz, həftədə 1-2 porsiya 12 faiz, həftədə 3 porsiyadan artıq isə 18 faiz azaldır.
 

 

Google+ WhatsApp ok.ru