Qoşulmama Hərəkatı toplantısı çərçivəsində Fələstin üzrə iclas keçirilib

Qoşulmama Hərəkatı toplantısı çərçivəsində Fələstin üzrə iclas keçirilib

-- Biz Fələstin məsələsində istənilən təxribatçı addımları pisləyirik...

Bakıda keçirilən Qoşulmama hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində Fələstin üzrə nazirlər komitəsinin iclası keçirilib.
 
Maide.Az "APA"-a istinadən xəbər verir ki, iclasda xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif, Fələstin XİN rəhbəri Riad Maliki və digərləri iştirak edib.  Tədbirdə çıxış edən Venesuelanın xarici işlər naziri Xorxe Arreaza Fələstinlə bağlı 2006-cı ildə qəbul olunmuş  BMT qətnaməsinin yerinə yetirilməsinə çağırıb. O bildirib ki, İsrail problemin “iki dövlət prinsipi” əsasında həll variantına əməl etməlidir: "Biz Fələstin məsələsində istənilən təxribatçı addımları pisləyirik. İsraili işğala, Fələstin xalqını blokadaya alınmasına son qoymağa, bərabərhüquqlu danışıqlara qatılçağa çağırırıq. “İki dövlət prinsipi” sülhə gətirəcək yeganə həll yoludur. Bu bizim təşkilatın gündəliyində əsas məsələ olmaqda davam edir və davamlı sülhə nail olmaq bizim prioritetlərimiz sırasındadır".
 
Daha sonra çıxış edən Fələstin xarici işlər naziri Riad Maliki bildirib ki, İsrail ötən cümə  snayperlərdən istifadə edərək silahsız etirazçıları atəşə tutub: "İsrail bu məsələdə tam məsuliyyət daşıyır. Ölənlər və yaralananlar arasında qadın və uşaqlar da var. Bu sabah da baş verə bilər. çünki insanlar yenə etiraz aksiyalarına çıxacaq. Onlar yaşadıqları vəziyyətə etiraz edəcək. Qəzza zolağı ən böyük açıq həbsxanadır. 2 milyon fələstinli orada məhbus kimi yaşayır. Biz BMT TŞ-i  qəbul etdiyi qərarlarını yerinə yetirməyə çağırdıq. Lakin onlar uğursuzluğa düçar olurlar. ABŞ prezidenti qərar verib ki Yerusəlimi paytaxt kimi tanısın və səfirliyi oraya köçürsün. Fələstinə maliyyə yardımı azaltmaq qərarına gəlib. Bu bizim qarşılaşdığımız çağırışlardan biridir. Biz hələ də problemin “iki dövlət” prinsipi əsasında  həllinə inanırıq. İsrail 2019-2020-ci illərdə  BMT TŞ-ə üzvlüklə bağlı müraciət edib. Biz çalışmalıyıq ki, bu namizədliyin qəbul olunmaq şansı olmasın".
 
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə çıxışında bildirib ki, “İsrail Qəzza zolağını blokadada saxlamaqla, Fələstin torpaqlarını işğalını davam etdirməklə, beynəlxalq hüququ kobud şəkildə pozur”.
 
O qeyd edib ki, İsrail sadə fələstinlilərin hüquqlarını pozmağa davam edir: “Son cümə günü Qəzza zolağında fələstinlilərə qarşı daha bir zorakılıq aktı olub. 20-dən çox fələstinli qətlə yetirilib, 200-ə yaxın adam yaralanıb. Biz fələstinli qardaşlarımızı dəstəkləməkdə davam edəcəyik. Biz NAM-ın Qəzza zolağının blokadasının dərhal aradan qaldırılması ilə bağlı tələbini dəstəkləyirik. İran fələstinli qardaşlarına dəstək olaraq İsraili dövlət kimi tanımamağa davam edəcək”. 
 
“Fələstin müstəqilliyə və təhlükəsizliyə ehtiyac duyur”.   Bunu isə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 
 
O bildirib ki, Fələstinin azad və suveren ölkə olmağa haqqı var: "İsrail qanunsuz işğalı davam edir. Biz İsrailə etdiklərinin qanunsuz, qeyri-insani olduğunu deməliyik. ABŞ Yerusəlimlə bağlı təxribatçı qərarını açıqladı. BMT buna etiraz etdi. ABŞ-ın bu şəhərdə səfirlik açmaq qərarı böyük səhvdir. Biz kollektiv şəkildə işləməliyik ki, Fələstin acısı sona çatsın. Qoşulmama Hərəkatı Fələstinin müstəqilliyinin tanınması üçün birgə işləməlidir”. 
 
 
 
 

Google+ WhatsApp ok.ru