Qoşulmama Hərəkatının yekun sənədində nə yazılıb?

Qoşulmama Hərəkatının yekun sənədində nə yazılıb?

-- Sənəddə BMT Nizamnaməsində əks olunmuş gücdən...

Qoşulmama Hərəkatının yekun sənədindən bəzi məqamlar açıqlanıb.
 
“Nazirlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması ilə bağlı təəssüfünü ifadə edirlər”.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Aralıq Nazirlər konfransının yekun sənədində belə yazılır.
 
Sənəddə BMT Nizamnaməsində əks olunmuş gücdən istifadə etməmək prinsipinin əhəmiyyətinin bir daha təsdiq olunduğu vurğulanır.
 
XİN-in bildirməsinə görə, nazirlər münaqişə tərəflərini problemi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırıblar.
 
Sənəddə Azərbaycanın Qoşulmama Hərəkatının 2019-cu ildə 18-ci zirvə toplantısına ev sahibliyi etmək təklifinin də bəyənildiyi bildirilir.
 
Aprelin 5-də Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı işə başlayıb.
 
Konfrans 2 gün davam edib.
 
1961-ci ildə yaradılmış Qoşulmama Hərəkatında 120 dövlət təmsil olunur. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
 
Azərbaycan 2011-ci ildə Balidə keçirilən XVI Nazirlər Konfransında Hərəkata qoşulub.
 

 

Google+ WhatsApp ok.ru