Qripə yoluxan insanlara nar yemək məsləhət görülür

Mütəxəssislər bildirir ki, şirin nar sərbəst radikalların qarşısının alınmasında və ya neytrallaşdmasında antioksidan xarakterə malikdir və bu xüsusiyyətlə, müxtəlif xəstəliklərlə o cümlədən qriplə mübarizə apara bilər.
Maide.az-ın məlumatına görə, qripə yoluxanlar qızdırma, iştahasızlıq, ürəkbulanma və qusma və ishal kimi fəsadlarla üzləşirlər ki, bu da xəstələrdə düzgün qidalanmanın vacibliyini daha da artırır.
Qızdırmanın hər dərəcə artmasına qarşılıq, qidanın qəbul edilən kalorisi 13% artmalıdır.
Mütəxəssislər bildirir ki, gün ərzində iştahsızlıq səbəbilə qidalanmanı azaltmaq, xəstələrdə qəbul edilən protein miqdarının azalmasına və nəticədə, orqanizmin mikroblar qarşısında müqavimətinin tədrici azalmasına gətirib çıxarır.
Onlar qripə yoluxmuş xəstələrin düzgün pəhriz saxlamağının vacibliyinə toxunaraq, qeyd ediblər ki, bu xəstələr bədənin toksinlərdən təmizlənməsi və eləcədə bədənin itirilmiş və tələb olunan mayelərinin kompensasiya edilməsi üçün gündəlik 3-4 litr maye qəbul etməlidirlər.
Qidalanma üzrə ekspertlər bildirir ki, Mədə-bağırsaq pozulmasının mümkünlüyünü nəzərə alaraq, çox şirin mayelərin qəbul edilməsi məsləhət deyil.Süd- xəstəyə lazım olan kalorini, zlalı, vitaminlərin, mineralların və mayelərin bir hissəsini təmin edən ən yaxşı maye növü sayılır.
Həkimlər qeyd edib ki, müxtəlif taxıl bitkilərinin və düyü, makaron, tam taxıl çörəklər kimi məhsulların və təbii meyvə şirələri, eləcədə qoz-fındıq və küncüt kimi dənli bitkilərin və şorba, lazım olan vitaminlər və minerallar qəbul etmək  xəstəliyin sağalmasını təmin edir. /
 

 

Google+ WhatsApp ok.ru