Qripdən qorunmağın 10 sadə yolu

Qripdən qorunmağın 10 sadə yolu

Mütəxəssislər yüksək hərarət, əzələlərdə və oynaqlarda şiddətli ağrı, halsızlıq, titrəmə, baş ağrısı, quru öskürək, ürək bulanması, qusma, ishal kimi əlamətləri olan və influenza adı verilən viruslar tərəfindən yaradılan qripin xüsusilə qış mövsümündə insanları yatağa saldığını bildiriblər.
 
İndi isə, gəlin qripdən qorunmağın yollarını öyrənək:
Gündə üç dəfə yeməyə diqqət yetirin və yeməklərdə karbohidrat, zülal ilə yağ kimi qida qruplarının balanslı olaraq qəbul olunmasına fikir verin. Hər yeməkdə süfrənizdə salat və qatıq olsun. İmmunitet sisteminin güclənməsinə imkan verən A, E və C vitaminlərinin zəngin olduğu qidalara üstünlük verin. Gündə ən azı 5 pay, müxtəlif rəng və növ tərəvəz ilə meyvə istehlakına diqqət göstərin. Əllərinizi tez-tez yuyun və bol-bol maye qəbul edin.
Nizamlı idman etmək immuniteti gücləndirir. İzdihamlı mühitlərdən qaçın. Həmçinin başqalarının istifadə etdiyi stəkan, boşqab, çəngəl, qaşıq kimi materialları işlətməkdən də çəkinin. Evinizi hər gün 30 dəqiqəlik havasını dəyişin və mövsümə uyğun olaraq geyinin.

Google+ WhatsApp ok.ru