Qrosspiç: ABŞ və AB-nin Suriyaya qarşı tətbiq etdiyi tədbirlər cinayətdir

Qrosspiç: ABŞ və AB-nin Suriyaya qarşı tətbiq etdiyi tədbirlər cinayətdir

Çex Parlamentinin Suriya ilə Dostluq Cəmiyyətinin rəhbəri Stanislav Qrospiç ABŞ və Avropa Birliyi ölkələrinin Suriyaya qarşı tətbiq etdiyi birtərəfli məcburi iqtisadi tədbirlərin cinayət olduğunu təsdiqləyib və dərhal ləğvini tələb edib.

 
Maide.Az xəbər verir ki, Qrosspiç SANA agentliyinə açıqlamasında, bu tədbirlərin Suriya xalqına və iqtisadiyyatına zərər vurmaq, qalan bölgələrin terror təşkilatlarından azad edilməsinin qarşısının alınmasına yönəlmiş ikinci müharibə olduğunu vurğulayıb.
 
O, Suriya xalqının bütün dünya adından terrorizmə qarşı mübarizənin başında durduğunu və beynəlxalq ictimaiyyətin ona minnətdar olduğunu söyləyib.

Google+ WhatsApp ok.ru