Qroznıda vəziyyət ağırdır - VİDEO

Maide.az Rusiya mediasına istinadən xəbər verir ki, bu gecə Qroznıya hücum edən yaraqlılarla təhlükəsizlik qüvvələri arasında döyüşlər hələ də davam edir. Qeyri-rəsmi məlumata görə indiyədək güc strukturlarının 10 əməkdaşı həlak olub.
 
Bildirilir ki, hazırda Qroznının mərkəzi “Berkat” bazarında atışma gedir, həmçinin bazarla yanaşı Mir küçəsində də atışma getdiyi xəbər verilir. Yaraqlılar Çeçenistan rəhbəri Ramzan Kadırova məxsus olan “Berkat” bazarına od vurublar. İlkin məlumatlara görə, terrorçuların sayı 200 nəfərə yaxındır.
 
Məlumatlara görə, yaraqlılar 20 nömrəli məktəbi də ələ keçiriblər, orada baş verənlər haqda məlumat yoxdur. Şəhərin küçələri hazırda boşdur, hər yer polis mühasirəsindədir. Yollar bağlıdır, mağazalar, iş yerləri açılmayıb.



Google+ WhatsApp ok.ru