Qürubdan sonra

Qürubdan sonra

Həzrət İsa Məsihin dövründən xeyli müddət kecdi. Dünya xalqlarını dinsizlik və istirab bürümüşdü. Paklığa və saflığa  inanc ədalət və düzgünlük prinsipleri İsa Məsih tərəfindən insanlara aşılansada yaxşılığı pisdən, haqlını haqsızlıqdan və insanlar arasında nizam intizam yaradan uca yaradan ilahi hakimiyyət İsadan sonra tənəzzülə uğradı. Bu müddətdə dinin şamı söndü, hər yerdə dinsizlik və eyş-işrət əhval ruhiyyəsi rəvac tapdı. İnsanlar oğurluqla pul qazanır, cirkinliklə qidalanır və şeytanın rəhbərliyi altında müxtəlif cirkli əməllərə bulaşırdılar. Bütün bunlar belə bir halda baş verirdi ki, insan bezmiş və ümidsizliklə, onun ucmuş evini yenidən bərpa edən şəxsi gözləyirdi. Bu vaxtlar ərəblər pərişan həyat tərzi yaşayırdılar. Tam yəqinliklə deyə bilərəm ki, onlardan bəzisi elə bir şəxsin arzusunda idilər ki, bir gün zühur edərək, onların yorğun və pərişan qəlblərinə hakim olaraq yoxsul həyatlarını abadlaşdırsın və onların daxili dünyasını əqidəsizlik, pərişanlıq və cirkinlikdən təmizləsin.

Google+ WhatsApp