Qırğızıstanda  2500 məscid tikilib

Qırğızıstanda 2500 məscid tikilib

SSR zamanında ölkəmizdə təkcə 39 məscidimiz var idi. Amma müstəqillik əldə etdiyimiz 28 il ərzində məscidlərin sayı 2500-i keçibdir.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, bunu Qırğızıstan dini işlər üzrə komissiyasının sədri Zairbek Urgəşov  deyib.
 
Onun sözlərinə görə, hazırda dövlətin dini işlər komissiyasında yanında 3 min 233 dini təşkilat rəsmi qeydiyyatdan keçib.
 
Bunlardan 2 min 822 təşkilat İslam, 397 təşkilat xristianlıq, bir təşkilat buddizm, bir təşkilat yəhudilik və 12 təşkilat da sair dinlərdən olan qrumlara aiddir.
 

Google+ WhatsApp ok.ru