Qırğızıstanda çevriliş cəhdi: Atambayev Soçiyə səfərini ləğv edib və Nazarbayevi günahlandırır

Qırğızıstanda çevriliş cəhdi: Atambayev Soçiyə səfərini ləğv edib və Nazarbayevi günahlandırır

Qırğızıstan prezidenti Almazbek Atambayev MDB və Ali Avrasiya İqtisadi Şurasının dövlət başçıları iclasının keçiriləcəyi Rusiyaya səfərini ləğv edib.
İslaminSesi newshay.com-a istinadla xəbər verir ki, oktyabrın 11-də Rusiyanın Soçi şəhərində keçiriləcək iclasa işgüzar səfərinin ləğv edilməsi qərarı Qırğızıstan prezidentinin mətbuat xidmətindən Atambayevin 15 Oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində ölkədəki vəziyyətə şəxsən nəzarət etmək istəyi ilə izah edilib.
 
"Seçkilər günü cinayətkarların cəlb edilməsi ilə  bəzi siyasətçilərin iştirakı ilə kütləvi iğtişaşların hazırlanması faktlarını, eləcə də bu cür siyasətçilərin xaricdən maliyyə dəstəyini nəzərə alaraq, prezident ölkədə nizam və təhlükəsizliyə şəxsən nəzarət etmək məqsədi öz işgüzar səfərini ləğv etmək qərarına gəlib", - deyə Atambayev administrasiyasının mətbuat xidmətindən bildirilib.
 
Almazbek Atambayev oktyabrın 7-də bildirib ki, bəzi namizədlərin seçkiləri yalnız ticarət kimi gördüklərinə, digərlərinin isə "Dövlət Departamentinin pulunu işləyib hazırladıqlarına" baxmayaraq ədalətli seçkilər keçirəcəyinə söz verib.
 
Atamayev deyib ki, "Biz kimin dostumuz olduğunu, kimin olmadığını ayırd etməliyik, Dövlət Departamentinin pulunu hazırlayan belə demokratların bizə lazım olmasını ayırd etməliyik".
 
Atambayev elə çıxışındaca Qazaxıstan hakimiyyətinin öz namizədlərini Qırğızısana salmağa çalışdığı barədə xəbərdarlıq etmişdi.
 
"Çünki biz qazax xalqına pis nümunə oluruq. Nursultan Nazarbayev düzgün deyir ki, hətta Alma-Atanın ÜDM-u bütün Qırğızıstanın ÜDM-dan beş qat artıqdır, Qazaxıstanın ÜDM-u  ki, Qazaxıstanın ÜDM-u Qırğızıstan iqtisadiyyatından 20 qat çoxdur. Qazaxıstanın ortalama ümumi məhsulu gəlirləri də  Qırğızıstanla müqayisədə on dəfə böyükdür. Onda Qazaxıstanın təqaüdləri nə üçün on dəfə çox, tarifləri isə beş qat yüksək deil, yarım dəfədən çoxdur? Çünki Qazaxıstanın sərvətlərini oğurlayır. Və biz pis bir nümunə göstəririk, Atambayev - pis nümunədir", - deyə Almazbek Atambayev Qaırğızıstanda dövlət mükafatlarının təltif edilməsi mərasimində bildirib.
 
Eyni gün Qazaxıstan Xarici İşlər Nazirliyi "qətiyyətli etiraz" bəan edərək, Atambayevin sözlərini "iki dost dövlət arasındakı münasibətlərində qəbul edilməz" adlandırmışdı.
 
Oktyabrın 7-nə keçən gecə Atambayevin ölkənin gələcək prezidenti kimi gözdüyü Qırğızıstan baş nazirinin müavini Temir Cumakadıraov yol qəzasında dünyasını dəyişib. Cumakadırov 2017-ci il seçkilərində namizədlərin siyahısında görünmürdü, amma prezident seçkilərinin keçirilməsi üzrə respublika qərargahının rəhbəri idi.
 

 

Google+ WhatsApp ok.ru