Qırğızıstan daha 7 ölkə üçün vizanı ləğv etdi

Qırğızıstan daha 7 ölkə üçün vizanı ləğv etdi

Qırğızıstan hökuməti aprelin 9-dan 7 ölkə vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsi barədə qərar qəbul edib.
 
Həmin ölkələr Monteneqro, Andorra, Braziliya, San-Marino, Çili, Argentina və Omandır. Həmin ölkələrin vətəndaşları 60 gün vizasız Qırğızıstana getmək imkanı qazanıblar.
 
Ümumilikdə isə Qırğızıstan hökuməti 52 ölkə vətəndaşları üçün viza rejimini ləğv edib.
 
Trend xatırladır ki, Bolqarıstan, Kipr və Rumıniyanın adları da vizasız ölkələr siyahısına daxil edilibmiş. Amma parlamentdə səsvermə zamanı onların adları siyahıdan çıxarılıb.
 

Google+ WhatsApp ok.ru