Qırğızıstanda Qədr gecəsi - FOTO

Qırğızıstanda Qədr gecəsi - FOTO

Ötən axşam Qırğızıstanın paytaxtı Bişkekdə  Qədr gecəsi qeyd olunub. 
 
Maide.Az xəbər verir ki, Qədr gecəsi və Həzrət Əmirəl-möminin Əlinin (ə) şəhadətinin ildönümü mərasimi  Qırğızıstanın paytaxtı Bişkekdə  şam və işa namazından sonra ruhani Hacı İlqarın rəhbərliyi ilə təşkil olunub. 
 
Məscidin axındu Hacı İlqar imaməti  ilə şam və işa namazı qılınıb və oruc tutanlar üçün iftar süfrəsi açılıb.İftardan sonra  Həzrət Əmirəl-möminin Əlinin (ə) şəhadətinin ildönümü və Qədr gecəsi mərasimi başlayıb, dualar oxunub.  Daha sonra  çıxış edən məscidin axundu   Qədr gecəsənin fəzilətlərindən  və  mövla Əlinin  (ə) vəsiyyətlərindən mərasim iştirakçılarına danışıb. 
 
Mərasimdə Qırğızıstanda yaşayan Azərbaycanlılarla yanaşı həmdə  bu ölkədə yaşayan digər ölkələrdən olan Əhli – Beyt (ə) aşiqləri  o cümlədən İran və Əfqanıstanlı şiələr iştirak edirlər. 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru