Qırğızıstan etirazlara görə Çinlə layihəni dayandırır

Qırğızıstan etirazlara görə Çinlə layihəni dayandırır

Qırğızıstan hakimiyyəti ölkənin şərqində Çinin investisiya layihəsini təxirə saldığını bildirib. Ərazidə 275 milyon dollarlıq logistika mərkəzinin tikintisinə kütləvi etirazlar keçirilirdi.
 
Qırğızıstan Narın Azad İqtisadi Zonasının rəhbəri Artur Baiterekov fevralın 17-də axşam AzadAvropa/AzadlıqRadiosuna deyib ki, Çinlə saziş ləğv olunub.
 
Çin-Qırğızıstan Ata-Başı Azad İqtisadi Zona Birgə Müəssisəsi də fevralın 17-də bildirib ki, kontrakt təxirə salınıb, çünki “bu şəraitdə uzunmüddətli layihə üzərində işləmək mümkün deyil”. Yerli əhalinin bir qismi logistika mərkəzinin tikintisinə etiraz edir.
 
Yanvardan bəri layihəyə bir neçə dəfə etirazlar təşkil olunub. Layihə 2019-cu ilin iyununda Çin Prezidenti Xi Jinping-in Qırğızıstana səfəri zamanı razılaşdırılıb.
 
Son nümayiş fevralın 17-də At-Başi kəndi yaxınlığında təşkil olunub.  /azadliq.org
 

Google+ WhatsApp ok.ru