Qırğızıstanın paytaxtı Bişkekdə Kərbəla Qəhrəmanlarının mövlud tədbiri keçirilib (FOTO)

Ötən axşam Qırğızıstanın paytaxtı Bişkekdə  bayram tədbiri keçirilib. 
 
Maide.Az xəbər verir ki, Cənnət cavanlarınının sərvəri, Şəhidlər ağası İmam Hüseynin (ə), Abidlərin zinəti İmam Səccadın (ə) və Hacətlər qapısı Həzrət Əbəlfəzl Abbasın (ə) təvəllüdləri münasibəti ilə İmam Əli (ə) adına məsciddə təşkil olunan tədbirdə ilk öncə Quran tilavət olunub. 
 
Sonra Ruhani  Hacı İlqar və Kərbəlayi Azad İmam Hüseyn (ə), İmam Səccad (ə) və Həzrət Əbəlfəzl (ə) keçdiyi həyat yolu, pak şəxsiyyətləri və fəzilətləri haqqında məlumat veriblər.
 
Keçirilən bayram mərasimində Qırğızıstanda yaşayan Azərbaycanlılarla yanaşı həmdə  bu ölkədə yaşayan digər ölkələrdən olan Əhli – Beyt (ə) aşiqləri  o cümlədən İran və Əfqanıstanlı şiələr iştirak ediblər. 
 
Məclisdə böyük coşqu ilə davam edib,  Əhli-Beytin (ə) şəninə şer və ilahilər səsləndirilib. 
 
Bayram tədbiri şam namazı, dua və ziyafət süfrəsi ilə yekunlaşıb.
 
Qeyd edək ki,  may ayının 10-da  İmam Hüseyn (ə),11-də Həzrət Əbülfəzl (ə)  və 12-də İmam Səccadın (ə) mövlud günüdür. 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru