Qırğızıstan paytaxtı Bişkekdə İmam Hüseyn (ə) –a əzadarlıq - FOTO

Məhərrəm ayının başlaması ilə əlaqədar dünyanın hər yerində yaşayan azadxah və vicdanlı insanların iradəvi kədəri yaşanır. Qırğızıstanın paytaxtı Bişkekdə də Əhli-beyt (ə) sevərlər  İmam Hüseynin (ə) və qəhrəman silahdaşlarının Kərbəlada şəhid olmasının anım mərasimlərini keçirir.
Maide.az-ın məlumatına görə,  əzadarlıq mərasimləri Məhərrəmlik ayının ilk günündən İmam Əli (ə) məscidində hər gün şam və işa namazından sonra təşkil olunur.  Namazdan sonra  İmam Əli (ə)  məscidinin imam camaatı Hacı İlqar  İmam Hüseyn (ə) və onun şücaətli silahdaşlarının Kərbəladakı şücaətlərindən danışır. Aşura və onun dərsləri və ibrətləri haqda söz açır. Məclisdə Qırğızıstanda yaşayan Azərbaycanlılarla yanaşı həmdə  bu ölkədə yaşayan digər ölkələrdən olan şiələr o cümlədən İran və Əfqanıstanlı şiələr iştirak edirlər. Əzadarlıq məclisində Azərbaycan və Fars dillərində rövzə və mərsiyyələr oxunur./

 


 

Google+ WhatsApp ok.ru