Qırğızıstan paytaxtı Bişkekdə də əzadarlıq məclisi keçirilib - FOTO

Xanım Fatimənin (s.ə) şəhadəti münasibəti ilə dünyanın hər yerində olduğu kimi Qırğızıstan paytaxtı Bişkekdə də əzadarlıq məclisi keçirilib. 
Maide.az xəbər verir ki,  ötən axşam   Qırğızıstanın paytaxtı Bişkekdə  İmam Əli (ə) məscidində şam və işa namazından sonra xanımlar xanımı Həzrət Fatimənin (s.ə) şəhadət günü münasibəti ilə əzadarlığı mərasimi  təşkil olunub.  
Namazdan sonra  İmam Əli (ə)  məscidinin imam camaatı Hacı İlqar Həzrət Fatimə (ə) və onun Peyğəmbərdən (s) sonra keçdiyi əzab-əziyyətli yoldan və şücaətli davranışından danışıb. Məclisdə Qırğızıstanda yaşayan Azərbaycanlılarla yanaşı həmdə  bu ölkədə yaşayan digər ölkələrdən olan şiələr o cümlədən İran və Əfqanıstanlı şiələr iştirak edirlər. Əzadarlıq məclisində Azərbaycan, Fars  və Əfqan dillərində rövzə və mərsiyyələr oxunur. /
 
 
 

Google+ WhatsApp ok.ru