QİÇS-dən ölənlərin sayı 700-ü ötüb

Azərbaycan İİV-ə əsasən inyeksion narkotik istifadəçiləri arasında yayılıb.Bu ilin 3 ayında İİV-ə yoluxma hallarının 24,8 faizi, 1987-2016-cü illər ərzində isə aşkar olunan halların 49,3 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
 
Maide.Az xəbıər verir ki, bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər. Xəbərdə deyilir ki, İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemi kimi qalmaqdadır. Azərbaycanda da İİV-infeksiyası/QİÇS problemi aktual problem olaraq nazirliyin nəzarətindədir. Bu il 125 nəfərdə İİV-ə yoluxma aşkarlanıb. Onlardan 121-i (96,8 faizi) Azərbaycan vətəndaşı, 4 nəfəri (3,2 faizi) isə əcnəbilərdir. Qeydiyyata alınmış 121 Azərbaycan vətəndaşından 84-ü (69,4 faizi) kişi, 37-si (30,6 faizi) qadındır. Bu dövr ərzində infeksiya 44 nəfərdə QİÇS mərhələsinə keçib. 9 nəfər dünyasını dəyişib. 3 ayda İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları belədir: 31 nəfər (25,6 faiz) - parenteral kontakt, 71 nəfər (58,7 faiz) - heteroseksual kontakt, 2 nəfər (1,7 faiz) - homoseksual kontakt. 17 nəfərin (14,0 faiz) yoluxma yolu isə müəyyənləşdirilməkdədir. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2016-cı ilin ilk 3 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4815 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyata götürülüb. Onlardan 3523-si (73,2%) kişi, 1292-u (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1725 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 744 nəfərdir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 117435 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 75 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.
 

Google+ WhatsApp ok.ru