QİÇS-in müalicəsi mümkün olacaq

Demək olar ki, on illərdir dünya boyu alimlər miliyonlarla insanın ölümünə səbəb olan QİÇS xəstəliyinin müalicəsini tapmağa çalışırlar. BMT-nin təxminlərinə görə hazırda 2 miliyona yaxın insan keçən il HİV virusuna yoluxub. Xəstələrdən yarıdan çoxu Sahara Afrikası ərazisində yerləşir. Araşdırmaçılar HİV virusuna yoluxmuş xəstələrin həyatını uzadacaq bir çox dərman növü inkişaf etdirsələr də, qiymətlərinin yüksək olması üzündən xəstələrdən çoxu dərmanları ala bilmir.
 
Mayami Universitetinin alimləri virusa qarşı mübarizədə fərqli yola baş vurublar.
 
2008-ci ildə Almanyanın Berlin şəhərində yaşayan xəstə HİV virusuna qarşı təbii müqavimətli donordan sümük iliyi transplantasiyası zamanı mutasiyaya uğramış gen qəbul edərək QİÇS xəstəliyindən sağaldılıb.
 
Mayami Universitetinin QİÇS Araşdırmaları Mərkəzinin direktoru Mario Stivenson deyir ki, araşdırmaçılar hazırda geniş miqyasda mutasiyaya uğramış genin nəqlinin yeni yolunu tapmağa çalışırlar.
 
Mario Stivenson: "Hərçənd ki, sümük iliyi transplantasiyasından istifadə edərək HİV-I məhv etmək olmaz, bu yanaşma bizi maarifləndirir. Bu yolla virusun kökünü kəsmək üçün hansı maneələrlə üzləşəcəyimiz barədə təsəvvür əldə etmişik."
 
Stivenson deyir ki, ən yaxşı effektiv metod HİV virusuna mutasiyaya uğramış geni birbaşa nəql oluna biləcək zərərsiz virus inkişaf etdirməkdir. Bu yolla alimlər mümkün müalicələri görməyə başlayacaq, deyə o bildirir.
 
Mario Stivenson: "Bizlərin çoxunun iştirak etdiyi əsas elmi səylər müalicənin tərkib hissəsinin necə olacağını, üzləşiləcək maneələri, uğura götürəcək yolu meydana çıxarıb."
 
Alimlər əmin olmağa çalışırlar ki, nəql olunacaq virus mütləq zərərsiz olsun. Onlar bu kəşfin çox ümidverici olduğunu düşünür. Onlar QİÇS-ə qarşı müharibənin qələbə ilə başa çatmasının sadəcə vaxt məsələsi olduğunu düşünürlər.  amerikaninsesi.org /  

Google+ WhatsApp ok.ru