Qış tez gəldi, istilik sistemi vaxtından əvvəl işə salına bilər

Qış tez gəldi, istilik sistemi vaxtından əvvəl işə salına bilər

Qanunvericiliyə görə, noyabrın 15-dən respublika ərazisində qşı rejiminə keçidlə əlaqədar istilik sistemi işə salınır. Amma bu il havanın temperaturunun kəskin aşağı düşməsi istilik təchizatına tələbatı artırır.
 
Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib ki, bu, mümkündür:
“Qanunvericiliyə görə istilik mövsümü vaxtından əvvəl başlaya və vaxtından əvvəl bitə bilər. “Azəristiliktəchizat”la istehlakçılar arasındakı münasibətlər müqavilələrlə tənzimlənir. Əgər hər hansı bir təşkilat istilik haqqının ödənişinə təminat verirsə, müraciət edə bilər. Müqavilələrdə istilik mövsümü dağlıq ərazilərdə 6 ay, digər ərazilərdə 5 ay nəzərdə tutulur. Ödənişə zəmanət verərək müraciət edən təşkilatın istilik təchizatı vaxtından əvvəl təmin oluna bilər”.
 
R.Əliyev bildirib ki, bu, sadə vətəndaşlara şamil olunmur:
“Çünki bina evində yaşayan bir vətəndaşın müraciətilə yalnız onun mənzilinə istilik verilə bilməz. Amma məktəblər, bağçalar, internat məktəbləri, xəstəxanalar və digər təşkilatlar ödənişə təminat verdiyi halda, istiliyin vaxtından əvvəl verilməsi üçün bizə müraciət edə bilər. Praktikamızada da var, 2016-cı ildə qeyd etdiyim təşkilat və müəssisələrə istiliyin verilməsinə noyabrın 1-dən başladıq”.
2015-ci ildə “Azəriqaz” və “Azəristiliktəchizat” arasında yaranan borc qalmaqalına gəlincə, qurum rəsmisi bildirib ki, problem öz həllini tapıb: "Vətəndaşlar bu problemdən əziyyət çəkməyəcəklər". /

Google+ WhatsApp ok.ru