İqtisadçı: 30-40 faiz devalvasiya ola bilər

İqtisadçı: 30-40 faiz devalvasiya ola bilər

“Azadlıqinfo”da “30-40 faiz devalvasiya ola bilər” sərlövhəli məqalədə müəllif iqtisadçı ekspert Nemət Əliyev dünya bazarında neftin kəskin dəyər itirməsilə Azərbaycanda devalvasiya rsikinin qaldığını bildirir.
 
Azərbaycan maliyyə institutlarının ölkədə dolların məzənnəsinin qalxmaması üçün bütün tədbirlərin görülməsilə bağlı açıqlamasını N.Əliyev “havaya atılan boş güllə” adlandırır.
 
Müəllifə görə, aydın olan budur ki, neftin kəskin ucuzlaşması hökuməti rahat buraxmır, böyük ehtimalla növbəti devalvasiyanın ölçüsünü, gününü, formasını müzakirə etməyə başlayıblar: “Çünki təzyiq böyükdür, nə dövlət büdcəsi, nə də tədiyyə balansı neftin hazırkı qiymət səviyyəsinə tab gətirmək gücündə deyil. Ölkə iqtisadiyyatının hazırkı templərini, məşğulluq səviyyəsini indiki şərtlər altında sabit saxlamaq xülyadır”, deyə N.Əliyev bildirir.
 
N.Əliyev hesab edir ki, hazırkı neft qiymətləri bir sıra sosial və iqtisadi layihələrin reallaşması yolunda da ciddi maneələr yaradır, belə ekstremal vəziyyətə hazır olmayan hökumətin devalvasiyaya baş vurması tam gözləniləndir.
 
“Lakin bu dəfəki devalvasiyanın yumşaq olacağı qənaətində deyiləm. Neftin bir barrelinin qiymətini 40 dollar səviyyəsində hədəfləyən ilkin hesablamalar göstərir ki, növbəti devalvasiya 30-40% intervalında tətbiq ediləcək (bunu mərhələli şəkildə də həyata keçirə bilərlər)”.

Google+ WhatsApp ok.ru